“Sarıgül işi”: 79,5 ilə kimi həbs cəzası...

28.11.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə Yeni Partiyanın Ərzincandan olan sabiq millət vəkili Mustafa Sarıgülün parlament toxunulmazlığının ləğvi ilə bağlı Prezident qərarı dünən TBMM-yə təqdim edilib. Həmin gün sənəd Konstitusiya və Ədliyyə komissiyalarının üzvlərindən ibarət Birgə Komissiyaya da göndərilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, əgər Birgə Komissiya onun toxunulmazlığının ləğvi barədə qərar qəbul edərsə, məsələ TBMM-də səsverməyə çıxarılacaq.

Konstitusiyaya əsasən, siyasi partiya qruplarının parlament toxunulmazlığı ilə bağlı rəsmi müzakirələr aparması və ya kollektiv partiya qərarları qəbul etməsi qadağandır. Toxunulmazlığın ləğvi üçün "sadə çoxluq" – yəni, səsvermədə iştirak edənlərin yarısından bir səs çoxu tələb olunur.

İstintaq materiallarında M.Sarıgülün Türkiyə Cinayət Məcəlləsinin və Əmlak Bəyannaməsi haqqında Qanunun yeddi ayrı maddəsi üzrə mühakimə olunması istənilir.

Qeyd olunub ki, istintaq materialları (fezlekə), 4 zərərçəkənə qarşı törədilmiş cinsi cinayətlər, həmçinin cinayətkar təşkilatda iştirak, eyni zamanda çirkli pulların yuyulması kimi ittihamlarla əlaqədar Sarıgülün parlament toxunulmazlığının ləğv edilməsini və onun 47 ildən 79,5 ilə qədər həbs cəzası ilə mühakimə olunmasını tələb edir.

Bundan əlavə, 5 milyon ilə 10 milyon türk lirəsi arasında cərimə tətbiq edilməsi də təklif olunur.

Sarıgülün "Türkiyə Dəyişim Partiyası"na (Türkiye Değişim Partisi) rəhbərlik etdiyi dövrdə başqa bir qadın partiya üzvünə qarşı təcavüz iddiası ilə bağlı ikinci bir istintaq sənədinin gələn həftə parlamentə daxil olacağı gözlənilir. Bu ikinci sənəd də işə salındıqdan sonra, mümkün həbs cəzasının aşağı həddi 55 ilə yüksələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью