Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Altınbaş Holding"in İdarə Heyətinin sədri Sofu Altınbaş və "Titanic Hotel"in İdarə Heyəti sədrinin müavini Temel Aygün, Mustafa Sarıgülün ailəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 14 nəfər barəsində həbs qərarı çıxarılıb və onlardan 12-si artıq saxlanılıb.
Qeyd edək ki, “Sarıgül” istintaqı Türkiyədə “Yeni Partiya”nın Ərzincan millət vəkili Mustafa Sarıgülün ailə üzvləri, yaxın ətrafı və bəzi tanınmış şəxsləri hədəf alan “çirkli pulların yuyulması” və "hədə-qorxu" iddiaları ilə başladılan genişmiqyaslı hüquqi təhqiqatdır.