“Sarı”lar və cərimələr

08.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Kəpəz” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью