Sarımsaq iltihabla mübarizədə faydalı ola bilər

27.08.2026

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Amerikalı dietoloq sarımsaq və zəncəfilin iltihabəleyhinə xüsusiyyətlərini müqayisə edib.

Medicina.az xəbər verir ki, sarımsağın əsas faydalı maddələrindən biri olan allisin onun əzilməsi zamanı yaranır.

2026-cı ilin əvvəlində aparılan meta-analizdə 108 araşdırmanın nəticələri təhlil edilib. Məlum olub ki, müntəzəm sarımsaq qəbul edən insanlarda iltihab və ürək-damar sağlamlığı ilə bağlı bəzi biomarkerlər daha yaxşı ola bilər.

Mütəxəssislər sarımsağın faydalı xüsusiyyətlərini qorumaq üçün onu mümkün qədər çiy və ya az bişmiş halda qəbul etməyi tövsiyə edirlər.

Xanım,

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью