Sarıqayada silah sursat aşkar edilib

16.06.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Sumqayıt şəhəri, Novxanı çimərliyinin Sarıqaya adlanan ərazisində silah-sursat aşkar olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, qeyd olunan ərazidə istifadəyə yararlı 1 ədəd 7,62 mm çaplı "AK-47" markalı avtomat silahı, silaha məxsus 1 ədəd daraq və 38 ədəd patron tapılıb.

Aşkar olunan silah-sursat aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью