Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalqcebhesi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərdə bir ev şarj cihazına taxılan planşetdən çıxdığı iddia edilən yanğın nəticəsində yararsız hala düşüb. Yanğın Ayşə Gültəkin adlı vətəndaşın yaşadığı evdə baş verib.
İddiaya görə, yataq otağında şarj cihazına qoşulmuş planşetdən alov çıxıb. Yanğını görən vətəndaşlar dərhal təcili yardıma
zəng edərək məlumat veriblər. Hadisə yerinə Adana Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları və AKOM qrupları gəlib, yanğın söndürülüb.