Şarj kabeli alarkən buna diqqət edin

30.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Şarj kabel alarkən buna diqqət edin: 240 vatt yazılması kifayət deyil

Bakıvaxtı.az xəbər verir ki, “How-To Geek” şarj kabeli alarkən yalnız onun dəstəklədiyi güc göstəricisinə diqqət yetirməməyi tövsiyə edib.

Məqalədə bildirilir ki, kabelin 240 vatt və ya daha yüksək gücü dəstəkləməsi smartfon və ya kompüterin daha sürətli şarj olunacağı anlamına gəlmir. Şarj sürətinə həmçinin enerji adapteri və cihazın qəbul edə bildiyi maksimum güc təsir edir.

Bəzi smartfon istehsalçıları isə müəyyən sürətli şarj texnologiyalarından istifadə edir və bunun üçün xüsusi və ya sertifikatlaşdırılmış kabellər tələb oluna bilər. Standart kabel cihazı doldura bilsə də, maksimum şarj sürətini təmin etməyə bilər.

Kabel məlumat ötürmək üçün də istifadə olunacaqsa, onun məlumat ötürmə sürətinə də diqqət yetirmək lazımdır. Məsələn, USB 2.0 standartından istifadə edən kabel böyük faylların ötürülməsində daha yavaş ola bilər.

Kabelin uzunluğu və quruluşu da önəmlidir. Çox nazik və ya həddindən artıq uzun kabellərdə enerji itkisi arta və kabel daha çox qıza bilər.

Beləliklə, şarj kabeli seçərkən yalnız üzərində yazılan vatt göstəricisinə deyil, məlumat ötürmə standartına, cihaz və adapterlə uyğunluğuna, həmçinin kabelin keyfiyyətinə diqqət yetirmək tövsiyə olunur.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью