Şarjınız tez bitir? Bu funksiya əksər telefonlarda aktivdirdir

26.08.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Telefonunuzdan az istifadə etdiyiniz halda batareya sürətlə tükənirsə, buna arxa planda işləyən bəzi funksiyalar səbəb ola bilər.

Lent.az xəbər verir ki, telefonlar ətrafdakı “Wi-Fi” şəbəkələrini və “Bluetooth” cihazlarını davamlı olaraq skan edə bilir.

Bu funksiya ağıllı saat, qulaqcıq və digər cihazlarla bağlantını asanlaşdırsa da, batareyanın daha tez tükənməsinə səbəb olur.

Xüsusilə bildiriş panelindən “Wi-Fi” və “Bluetooth”u söndürmək bu skan funksiyalarını tam deaktiv etmir.

Bunun qarşısını almaq üçün “Parametrlər” → “Məkan” → “Məkan xidmətləri” bölməsindən “Wi-Fi skanı” və “Bluetooth skanı” seçimlərini deaktiv etmək mümkündür. Həmçinin tətbiqlərin arxa planda məkan məlumatlarına çıxış icazələri də yoxlanılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью