Sarkisyan ifadə verəcək

26.08.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Robert Köçəryanla bağlı cinayət işi çərçivəsində istintaqla sövdələşməyə getmək təklif olunub.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda Köçəryanla bağlı iş üzrə təqsirləndirilən şəxs qismində keçən Sarkisyana sabiq prezident Robert Köçəryanın əleyhinə ifadə verməsi müqabilində azadlıq vəd edilib.

İddialara əsasən, Sarkisyana təklif edilən sövdələşmənin əsas şərti Köçəryanla bağlı araşdırmada onun əleyhinə ifadələr verməsidir. Bunun müqabilində isə Sarkisyana cinayət təqibindən azad olunacağı və ya azadlıqda qalmasının təmin ediləcəyi bildirilib.

Sarkisyan Robert Köçəryanla bağlı cinayət işində Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi ilə təqsirləndirilən şəxslərdən biridir. Onu təklifi qəbul etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Sarkisyana qarşı da məhkəmə tərəfindən ölkədən çıxmamaq qətimkan tədbiri seçildiyi barədə məlumat yayılıb. Onun vəkili Amram Makinyan qərarın əsaslandırılmadığını bildirərək şikayət veriləcəyini açıqlayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью