Sarkisyan istintaqa çağırıldı

25.08.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

"Yeni Sabah" xəbər verir ki, daha əvvəl Ermənistan prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda pul yuma ittihamları irəli sürülüb.

Eyni iş çərçivəsində daha doqquz nəfərə, o cümlədən müxtəlif illərdə Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarkisyana qarşı da cinayət təqibi başlanılıb. Toyuqlu pizza

Prokurorluq işin digər fiqurantları sırasında Robert Köçəryanın oğlu Sedrak Koçaryanın, İrəvanın sabiq meri Qaqik Beqlaryanın, sahibkar Samvel Mayrapetyanın, keçmiş baş nazir Andranik Marqaryanın və digər şəxslərin adını çəkib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью