Sarkisyana pis xəbər: həmin əmlak müsadirə olunacaq

20.04.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2006-cı ildə Ermənistanın o vaxtkı müdafiə naziri Serj Sarkisyanla bağlı torpaq alqı-satqısı sövdələşməsi üzrə təxminən 205 min ABŞ dolları dəyərində vəsait dövlətin xeyrinə müsadirə olunacaq.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan mediası Baş Prokurorluğa istinadən məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı Antikorrupsiya Məhkəməsi fevralın 27-də Dövlət maraqlarının müdafiəsi departamentinin növbəti vəsatətini təmin edib.

Məhkəmə 2006-cı ilin mart ayının 3-də Serj Sarkisyanla bir qapalı səhmdar cəmiyyəti arasında imzalanmış və İrəvanda yerləşən 0,17 hektarlıq torpaq sahəsinin alqı-satqı müqaviləsini etibarsız hesab edib.

Qərara əsasən, həmin torpaq sahəsinin qaytarılması mümkün olmadığı üçün onun dəyəri — 78,86 milyon dram (təxminən 205 min dollar) — şirkətdən dövlətin xeyrinə tutulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью