Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın sabiq prezidenti Nikola Sarkozi 2007-ci ildə Liviyanın maliyyə dəstəyi ilə seçki kampaniyasını qanunsuz şəkildə maliyyələşdirmək ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilərək Parisdəki "Sante" həbsxanasına gətirilib.
BAKU.WS-in məlumtına görə, həbsə girməzdən öncə verdiyi son açıqlamada o, "barmaqlıqlar arxasına keçən sabiq prezident deyil, günahsız insandır" deyib.
Onun vəkilləri isə əmindirlər ki, Sarkozi artıq Milad bayramına qədər azadlığa buraxılacaq.
Məlumata görə, 70 yaşlı keçmiş prezident təkadamlıq kamerada saxlanılacaq.
Vəkili Kristofer İnqrenin sözlərinə görə, bu qərar onun təhlükəsizliyi ilə bağlı verilib, çünki Sarkozi əvvəllər fiziki təhlükə ilə bağlı təhdidlər alıb.
Ona gündə bir saat gəzinti imkanı veriləcək, həmçinin radio və yazı alətləri saxlamaq hüququ olacaq.
Vəkil bildirib ki, Sarkozi "başına gələn ədalətsizliyi və bu təcrübəni yazmaq" niyyətindədir.