Sarkozi cəzasını təknəfərlik kamerada çəkəcək

19.10.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın sabiq prezidenti (2007–2012) Nikolya Sarkozi cəzasını Santa həbsxanasında təkadamlıq kamerada çəkəcək.

APA xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həbsxana Paris şəhərində yerləşir və xüsusi təhlükəsizlik rejimi tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir.
Qeyd edək ki, 70 yaşlı Sarkozi 2007-ci ildə seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью