Sarkozi həbsxanada kitab yazdı

22.11.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Sante həbsxanasında 21 gün yatmış Fransanın keçmiş prezidenti Nikola Sarkozi “Bir məhbusun gündəliyi” (“Le journal d'un prisonnier”) adlı kitab yazıb.
Yeniavaz.com
xəbər verir ki, keçmiş prezident “X” sosial şəbəkə hesabında kitabdan qısa bir sitat gətirib.
“Həbsxanada məşğul olmağa heç nə yoxdur. Mən sükutu unuduram, Sante həbsxanasında o yoxdur. Səs-küy, təəssüf ki, daimidir. Ancaq səhra həyatında olduğu kimi, həbsxana həyatında da insanın daxili dünyası daha da güclənir”, - deyə o, yazıb.
Sarkozi əlavə edib ki, kitab əvvəlcədən sifariş üçün hazırdır və dekabrın 10-da kitab rəflərində satışa çıxarılacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью