Sarkozi iki ayrı ittiham üzrə mühakimə olunacaq

24.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Fransanın keçmiş prezidenti Nikola Sarkozi və həyat yoldaşı Karla Bruni-Sarkozinin 2027-ci ildə bir sıra ittihamlarla məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Turkustan.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Liviyadan qanunsuz maliyyələşmə işi üzrə əsas şahidlərdən biri hesab olunan iş adamı Ziyad Takieddinin Sarkozi əleyhinə ifadəsini dəyişdirməsi ilə bağlı aparılan istintaqda yeni mərhələyə keçilib.

Parisdəki istintaq hakimləri Sarkozi və həyat yoldaşı Karla Bruni-Sarkozi də daxil olmaqla, ümumilikdə 11 nəfərin gələn il məhkəmə qarşısına çıxarılması barədə qərar qəbul ediblər.

Məhkəmə prosesi 2027-ci il noyabrın 3-dən dekabrın 2-dək davam edəcək. Sarkozi və həyat yoldaşı “cinayət törətmək məqsədilə təşkilat yaratmaq” və “şahidə təsir göstərmək” ittihamları ilə mühakimə olunacaqlar.

Anadolu Agentliyinin məlumatına görə, istintaq Sarkozinin 2020-ci ildə Liviyanın qanunsuz maliyyələşməsi işi üzrə əsas şahidlərdən biri olan Ziyad Takieddini ona qarşı ifadəsini dəyişdirməyə inandırmaq üçün qanunsuz üsullardan istifadə edib-etmədiyini araşdırıb.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью