Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Fransanın qalmaqallı keçmiş prezidentinin üç fərqli qadından dörd uşağı var.
Bu gün Nikola Sarkozi 2007-ci il seçki kampaniyasını maliyyələşdirdiyi iddiası ilə 5 il həbs cəzasını çəkmək üçün həbsxanaya gedib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun həbsxanaya gedişində hazırkı həyat yoldaşı Karla Bruni və bütün uşaqları iştirak ediblər.
Xüsusilə, paparassilərin hədəfinə qızı Culiya və üç oğlu - Lui, Pyer və Jan düşüb.
Culiya Sarkozi Qızın 13 yaşı var, anası isə Karla Brunidir. O, aktiv atçılıq və kosmetika həvəskarıdır.
Culiya həmçinin TikTok bloqunu idarə edir, onun izləyiciləri sürətlə çoxalır.
Valideynləri nadir hallarda Culiyanı ictimaiyyətə göstərir və ya onun həyatı haqqında danışırlar.
Pyer Sarkozi O, keçmiş prezidentin Mari-Dominik Kyuloli ilə evliliyindən doğulan ilk övladıdır.