Sarkozinin həbsxana həyatı belə başladı VİDEO

21.10.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yollanıb.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, 70 yaşlı siyasətçinin tərəfdarları ona dəstək olmaq üçün evinin qarşısına toplaşıb.

Tərəfdarlarını salamlayan Sarkozi daha sonradan avtomobilə əyləşərək Parisin cənubunda cəzasını ciddi rejimli kamerada çəkəcəyi həbsxanaya yollanıb.

Xatırladaq ki, N.Sarkozi sentyabrda 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2007-ci ildəki seçki kampaniyasını qanunsuz maliyyələşdirmək işində təqsirli bilinib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью