Icma.az bildirir, Gununsesi portalına istinadən. Fransanın 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan eks prezidenti Sakrozi həbsxana
Gununsesi.info Fransa mediasına istinadən bildirir ki, o Parisdəki La Santé həbsxanasına yerləşdirilib.
Çox güman ki, həssas şəxslər üçün ayrılmış bölməyə, qorunan, təcrid olunmuş və gücləndirilmiş nəzarət altında saxlanılacaq hissəyə köçürülüb.
Bu rejim əvvəllər də bəzi digər siyasi fiqurlara tətbiq edilib.
Onun kamerası standartdır, 11 kvadratmetr, bir nəfərlik yataq, möhkəm bağlanmış pəncərə və daxili sanitar qovşaq.
Təhlükəsizliyə görə ona yalnız bir ədəd şərf saxlamağa icazə verilib, bir metrdən uzun olmamaq şərtilə.
Nikola Sarkozi isə yaxınları ilə həftədə üç dəfə görüşə biləcək.
O, təhlükəsizlik dinləməsinə tabe olan telefonla təxminən əvvəlcədən qeydiyyatdan keçmiş on nömrə ilə əlaqə saxlaya biləcək və digər məhbuslardan ayrı, təkbaşına gəzintiyə çıxmaq hüququna malik olacaq.