Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Formula-1 pilotu Şarl Lekler "Ferrari" ilə müqaviləsinin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, monakolu pilot İtaliya təmsilçisi ilə çoxillik yeni sözləşməyə imza atıb.
Ş.Lekler 2019-cu ildən “Ferrari”nin şərəfini qoruyur. O, 2022-ci ildə Formula-1 üzrə dünya çempionatında mövsümü ikinci pillədə başa vuraraq vitse-çempion olub.