Şarl Lekler: “Ferstappenin titul qazanmaq şansı 20 faizdir”

03.10.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ferrari” komandasının sürücüsü Şarl Lekler hesab edir ki, Maks Ferstappenin mövsümün qalan yarışlarında qələbə qazanacağı və çempionluq titulu uğrunda Oskar Piastri və Lando Norrisi məğlub edəcəyi ehtimalı azdır.

İdman.biz bildirir ki, “Red Bull” pilotu Ferstappen 255 xalla üçüncüdür.

“Mən deyərdim ki, Maksın 20 faiz şansı var. Ümumi sıralamada fərq əhəmiyyətli olaraq qalır. Beləliklə, Maks üçün çempionluq mənə çətin görünür.

Aydındır ki, “Red Bull”un Monza raundu üçün hazırladığı təkmilləşdirmələr çox yaxşı nəticə verdi. Amma bunun gələcəkdə “Maklaren”i məğlub etmək üçün kifayət edəcəyini düşünmürəm”, - Lekler bildirib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью