Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şarliz Teron 14 yaşlı övladlığa götürdüyü oğlu Ceksonla birlikdə Nyu-Yorkda filmin qala gecəsinə qatılıb.
OLAY yazır ki, Cekson tədbirə çiyinləri açıq qara mini don, qalın altlıqlı iri qara çəkmələr, hündür ağ corablar və qadın çantası ilə gəlib.
50 yaşlı Teronun övladının geyim tərzi hər dəfə mediada diqqət çəkir. Buna səbəb onun ictimaiyyət qarşısına qadın geyimləri ilə çıxmağa başlamasıdır.
Aktrisa Ceksonu ilk dəfə oğlan uşağı kimi övladlığa götürdüyünü, lakin bir neçə il sonra uşağın özünə qız kimi müraciət edilməsini istədiyini açıqlayıb.