Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Misirdə davam edən Qəzza zolağı ilə bağlı sülh danışıqlarından müsbət nəticələr gözlədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Atəşkəs və ədalətli sülh nizamlanmanı dəstəkləyən hər kəs üçün ən ağlabatan variantdır. Şarm əl-Şeyxdə bugünkü danışıqlar çox vacibdir. Oradan xoş xəbərlər alacağımıza ümid edirik. Fələstinli qardaş və bacılarımızı bu prosesdə heç vaxt tərk etməyəcəyik", - o bildirib.