futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri klubunu dəyişməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, 67 yaşlı mütəxəssis “Atalanta” ilə anlaşmağa yaxındır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Berqamo klubu Sarriyə illik 3.5 milyon avro maaş və 3 mövsümlük müqavilə təklif edib.
Sarrinin rəhbərlik etdiyi “Latsio” A Seriyasında 37 turdan sonra 51 xalla 9-cu sıradadır.