Sarrinin yeni iş yeri bilindi SON DURUM

21.02.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Təcrübəli italiyalı mütəxəssis Mauritsio Sarri mövsümün sonunda "Milan"ın baş məşqçisi olacaq.

Fanat.Az xəbər verir ki, bu barədə "Milan Press" məlumat yayıb.

Mənbənin məlumatına görə, əvvəllər "Tottenhem"də və "Yuventus"da çalışmış Fabio Paratiçi tezliklə “rossoneri”nin yeni texniki direktoru olacaq ki, o da Sarrini "Milan"a dəvət edəcək.

"Yuventus", "Çelsi" və "Napoli" kimi komandalardakı uğurlu işi ilə tanınan təcrübəli italyan məşqçi bir ilə yaxındır ki, işsizdir.

“Milan” bu həftə “Feyenoord”la pley-off oyunundan (0:1, 1:1) sonra Çempionlar Liqasından kənarda qalıb.

Serxio Konseysaunun rəhbərlik etdiyi komanda A seriyasında 24 oyundan sonra 7-ci yerdədir.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью