Sarsılmaz Türk Birliyi

12.10.2026

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Prezident cənab İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı zamanı regional təhlükəsizlik və nəqliyyat dəhlizləri məsələlərinə toxunub və bəyan edib ki, Azərbaycan ilə bölgə respublikaları arasında formalaşan çoxtərəfli əməkdaşlıq formatı regional inteqrasiyanın ən uğurlu nümunəsidir. Dövlət başçısı öz nitqində ölkələrimizin müstəqillik tarixləri boyu bir-birinə verdiyi qarşılıqlı dəstəyi yüksək qiymətləndirərək, bu birliyin qlobal siyasi arenada həlledici çəkiyə malik olduğunu bildirdi".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Günay Nəsrəddinova deyib. O bildirib ki, iqtisadi sahədə ticarət dövriyyəsinin sürətlə böyüməsini və investisiya layihələrinin şaxələndirilməsini önə çəkən ölkə rəhbəri, birgə investisiya fondlarının yaradılmasının real səmərə verdiyini qeyd etdi:
"Xəzər dənizinin şərq və qərb qapılarını birləşdirən nəqliyyat şəbəkəsinin gücləndirilməsi, dəniz ticarət donanmalarının imkanlarının genişləndirilməsinə böyük sərmayə qoyulduğu bildirildi. Orta Dəhlizin funksionallığının artırılması və tranzit marşrutlarının təhlükəsizliyi çıxışın əsas tezislərindən oldu. Bu təşəbbüslər tərəfdaş dövlətlərin qitələrarası tranzit xətlərindəki mövqeyini qəti olaraq möhkəmləndirir".
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью