Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu Arqam Abramyan saxlanılıb.
"AzPolitika" xəbər verir ki, o, hazırda həbs olan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın kürəkənidir.
Saxlanılma 2023-cü il aprelin 30-da İrəvanda baş vermiş qətl hadisəsi ilə əlaqəlidir. A.Abramyan sözügedən qətlin sifarişçisi şübhəsi ilə cinayət işinə cəlb olunub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları müvafiq qərarla onu həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəməyə təqdim etmək üçün saxlayıblar.