Saşa İliç: “Futbolçularımı təbrik edirəm

02.11.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının X turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (3:2) sonra ev sahiblərinin baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablayıb:

"Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. "Araz-Naxçıvan"da çox sayda texnikası mükəmməl olan oyunçular var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı buna görə təbrik edirəm".

- Hakimliklə bağlı fikriniz necədir?
- Heç nə. Oyunda bəzi söhbətlər olur. Hakimlər haqda danışmağı xoşlamıram.

Ayxan Abbasov: “Meydança sərt oyunu tələb edirdi” "Turan Tovuz" doğma meydana qayıdışını qələbə ilə qeyd etdi - YENİLƏNİB ÇL: Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat alıb Elvin Camalov: “Qarabağ”a qalib gəlmək üçün hər şeyi edəcəyik” Türkiyə millisinin üzvü "Qarabağ"la oyunu buraxacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью