Saşa İliç: Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik

29.10.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sumqayıt" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zaqatala"nı 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Saşa İliç matçdan klubun mətbuat xidmətinə açıqlama verib:

“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.

AFFA nümayəndəsinə UEFA-dan təyinat Məmmədov "Neftçi" haqda pozitiv düşünür: “Abubakarın gəlişi..." Millimizin üzvü fərqləndi, komandası qələbə qazandı “Neftçi” Türkiyəni təbrik edib - FOTO "Neftçi" kubok oyununun hazırlığını başa vurub - FOTO
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью