Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Saşa İliç “Partizan” ilə antirekorda imza atdı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bu yay “Sumqayıt”dan ayrılan Saşa İliç çalışdırdığı “Partizan” ilə antirekorda imza atıb.
QOL.az xəbər verir ki, Belqrad təmsilçisi Serbiya çempionatları tarixində ən pis startını edib.
Komanda 8 turdan sonra 2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyətlə cəmi 7 xal yığıb. Ötən gün isə paytaxt təmsilçisi öz meydanında “Voyvodina”ya uduzub - 2:3.
Serbiya mətbuatı Saşa İliçin istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayır.
27 dəfə ölkə çempionu olan "Partizan" hazırda Superliqada 7 xalla 14 komanda arasında 13-cüdür.
Qeyd edək ki, Saşa İliç ötən mövsüm "Sumqayıt"ı çalışdırıb. Komanda 2025/2026 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurub.