Saşa İliç: “Qarabağ” Rusiya çempionatında ilk “beşlik”də yer ala bilər

10.10.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 oktyabr, AZƏRTAC

Futbol üzrə Rusiya Premyer Liqası Azərbaycan çempionatından güclüdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Rusiya mətbuatına açıqlamasında deyib.

Serbiyalı mütəxəssis bildirib ki, Azərbaycan klublarından yalnız “Qarabağ” Rusiya çempionatında ilk beş komanda arasında yer ala bilər: “Daha 4-5 komanda isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparardı”.

Qeyd edək ki, Saşa İliç bu mövsümün əvvəlində “Sumqayıt”ın baş məşqçisi təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью