Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Sumqayıt”dan ayrılan Saşa İliçin yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Partizan”a baş məşqçi təyin edilib. Bu barədə Serbiya klubunun mətbuat xidməti məlumat yayıb.
Saşa futbolçu kimi də Belqrad təmsilçisinin formasını geyinib. O, klubda ən çox oyun keçirən (873) oyunçu rekorduna sahibdir.
Serb mütəxəssis 2025/26 mövsümündə “Sumqayıt”a rəhbərlik edib.