Saşa İliç sabiq yetirməsini Sumqayıt a gətirir

07.07.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Baş məşqçi postuna Saşa İliçi gətirən “Sumqayıt” heyətinə serb futbolçu da cəlb etmək niyyətindədir.

Apasport.az saytına verilən məlumata görə, “kimyaçılar” 47 yaşlı mütəxəssisin keçmiş yetirməsi Oqnen Ozaeqoviçlə maraqlanır.

Premyer Liqa təmsilçisi 31 yaşlı hücumçunun transferini yaxın günlərdə həll etməyi planlaşdırır.

Hazırda Rusiyanın “Pari NN” klubuna məxsus olan Ozaeqoviçə artıq təklif göndərilib. Futbolçunun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin 30 iyun tarixinə qədər qüvvədədir.

Xatırladaq ki, Ozaeqoviçi “Pari NN” klubuna məhz Saşa İliç transfer etmişdi.

Qeyd edək ki, Serbiya millisinin sabiq hücumçusu Oqnen Ozaeqoviç karyerası ərzində “Srvena Zvezda”, “Vozdovaç”, “Rad”, “Yaqodina”, “Boraç”, “Voyvodina”, “Çançun Yatay”, “Çukariçki”, “Partizan”, “Arsenal” (Tula), “Darmştadt”, “Adanaspor”, “Manisa”, “Volos”, “Kifisia” və “Sakaryaspor” klublarında çıxış edib.

“Şamaxı” portuqaliyalı futbolçu transfer edib "Bavariya"dan Musiala açıqlaması Zaur Həşimov: “Zirə” “Hayduk” səddini aşacaq gücdədir” Portuqaliyadan Azərbaycana - “Karvan”dan növbəti transfer Fransa millisinin üzvü “Neftçi”də - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью