Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Neftçi”nin veteran qapıçısı Saşa Stamenkoviç Apasport.az saytına müsahibə verib. - “Neftçi” son mövsümdə uğursuzluq yaşadı.
Nə çempionatda, nə də ölkə kubokunda istədikləri nəticəni qazana bildilər. Yəqin ki, artıq nəticə qazanmağın vaxtı çatıb?
- Əlbəttə, hər zaman olduğu kimi “Neftçi”ni izləyirik. Nəticələr də, hər mövsümdə olduğu kimi olur: uğursuzluq.
İnanın, hələ də başa düşmürəm ki, komandada nə baş verir, niyə alınmır və nə qədər belə olar axı?
- "Neftçi" bir çox futbolçusunu göndərdi və yeniləri transfer edildi. Sanki bu mövsüm daha inamlı heyət olduğu hiss edilir.
Samir Abasov da baş məşqçi postunda qalıb. Bu mövsüm “Neftçi” nəticə verə bilər?
- Baş məşqçi postunda dəyişiklik edilməməsi, Samir Abasovun baş məşqçi postunda qalması yaxşı oldu.