Sassuolo Milan ın rekordunu qırıb

06.05.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya B Seriya təmsilçilərindən "Sassuolo" "Milan"ın rekordunu qırıb. 

Apasport.az xəbər verir ki, "Sassuolo" “Kremoneze” (1:1) ilə qarşılaşmada 1 qola imza atıb. 

Bu, cari mövsümdə komandanın 78-ci qolu olub. Beləliklə, klub "Milan"ın 40 ildən çox davam edən tarixi rekordunu qırıb.

1982/1983 mövsümündə "Milan" B Seriyasında çıxış edib və həmin mövsüm 77 qol vurub.

Qeyd edək ki, İtaliya B Seriya çempionatının bitməsinə 2 tur qalmış "Sassuolo" yüksək liqada yerini təmin edib.

Ançelottinin gələcəyinə aydınlıq gəlib “Yuventus”un üzvü Premyer Liqa yolunda PSJ “Real”ın forvardı ilə maraqlanır Premyer Liqanı A Seriyasına dəyişə bilər “Bayer” “Bavariya”ya çatdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью