Şatdaun ABŞ üçün nüvə təhlükəsi yarada bilər

17.10.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin minlərlə nüvə sənayesi işçisi hökumətin müvəqqəti olaraq öz fəaliyyətini dayandırması (şatdaun) səbəbindən işdən çıxarıla bilər.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Kris Rayt "X" sosial media platformasında xəbərdarlıq edib.

O, mövcud vəziyyətin ABŞ-nin milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını və ölkənin müdafiə qabiliyyətini zəiflətdiyini vurğulayıb.

Nazirin sözlərinə görə, maliyyələşdirmənin dayandırılması ölkənin nüvə imkanlarının modernləşdirilməsi üzrə əsas layihələrin pozulmasına səbəb ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью