Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Tver vilayətində gül salonunda quldurluq hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, 33 yaşlı yerli sakin gül dükanı satıcısını bıçaqla hədələyib 250 rubl dəyərində 1 qızılgül aparıb.
O, saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi (“Soyğunçuluq”) ilə cinayət işi başlanıb. Saxlanılan şəxs hadisəni içkili vəziyyətdə törətdiyini deyib.
Hazırda təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Bu maddə üzrə maksimum cəza cərimə ilə birlikdə 10 ilə qədər həbsdir.