Satıcıya saxta 100 lük verdi, daha sonra onu bıçaqladı

21.04.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda satıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qaradağ rayonunda yerləşən mağazaların birində baş verib.

Naməlum şəxs satıcıya 100 manatlıq saxta əskinas verməklə qalıq məbləği götürüb. Lakin pulun saxta olduğu aşkarlandıqda ona kəsici-deşici alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı T.Vəliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nərimanov rayonunda yerləşən köşklərin birindən 200 manat pul vəsaitini oğurlayan 19 yaşlı Ş.Həsənzadə də saxlanılıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью