Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"GL" ASC-nin Lökbatan, Mehdiabad, Sabirabad, Salyan, Astara, Siyəzən, Şabran, Qəbələ, İsmayıllı, Mingəçevir, Yevlax, Ağdaş, Goranboy, Tovuz, Qovlar və İmişli rayonlarında yerləşən filialları üzrə əmək haqqı + bonuslu Satış məsləhətçisi vakansiyası üçün təcrübə proqramı.
Proqram haqqında: Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub.
İstisna olaraq, magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər.Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər.
Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.
İmtahan nəticələrinə əsasən: Namizədlərə tam ştat və ya yarımştat Satış məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.
Yarımştat Satış məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.
Təkliflərimiz: Tam ştat üçün başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.