. Satış qiyməti artdıqca kirayə qiymətləri də kəskin şəkildə artır Əmlak eksperti

26.01.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

“Mənzillərin kirayə qiymətlərinin artması daha çox onların satış qiymətlərinin bahalaşması ilə əlaqədardır. Bir əmlakın kirayə qiyməti onun satış qiymətinin 0,5 faiz nisbəti ilə hesablanır. Təqribi 10 il bundan əvvəl paytaxtın mərkəz ərazilərində bir otaqlı köhnə tikili mənzillərin satış qiyməti təqribən 60-70 manat arası dəyişən zaman mənzillərin kirayə qiyməti təqribi 300-350 manat idisə, hazırda həmin ərazilərdəki köhnə tikililərdəki binaların satış qiyməti 110-140 min manata qalxıb. Satış qiyməti artdıqca kirayə qiymətləri də kəskin şəkildə artır”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bunu 525.az-a deyib. Onun sözlərinə görə, uzun illərdir ki, Bakıda baş plan üzrə köhnə çox mənzilli yaşayış binalarının söküntüsü prosesi gedir. Ucuz kirayə mənzilləri daha çox köhnə istismar müddətini bitirmiş çox mənzilli binalarda olurdu. Paytaxtın mərkəz və ona yazın ərazilərindəki fərdi yaşayış yerlərindən ibarət həyət evləridə mövcud idi. Həmin ərazilərin sökülməsi artıq ucuz kirayə mənzillərin kirayə bazarından çıxması ilə nəticələnir:

“Əksər ərazilərdə tikinti şirkəti tərəfindən köhnə çox mənzilli yaşayış binaları sökülərək yeni tikililərlə əvəzlənir. Bu zaman evləri sökülən sakinlər özləri kirayə çıxmalı olurlar və digər tərəfdən isə sökülən hərmənzilin yerində yenilər inşa olunduqca yenilərin qiyməti köhnələrdən 2 defeye qədər daha baha qiymətə təklif olunur. Onların komunal xərcləri də əlavə olaraq kirayə qiymətinin 10 faizini təşkil edir. Digər tərəfdən isə torpaqların dövlət ehtiyacı üçün alıması prosesi gedir. Bu zamanda fərdi yaşayış yerlərinin böyük bir hissəsi sökülərək parklar salınır, yollar çəkilir. Buda kirəyələrin azalmasına və qiymətlərdə ciddi dəyişikliklərin olması ilə nəticələnir. Kirayələrin baha olması tələbə, paytaxt sakinlərini narahat edir. Kirayə mənzillərinin qiymətlərində artımlar davam edəcək. 2040-cı ilə qədər baş planda əks olunmuş kimi olacaq”.

Sevinc Qarayeva 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью