Satışa çıxarılacaqdı, amma qarşısı alındı məhsullar məhv edildi

17.09.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, "PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsuluna nəzarət tədbirləri keçirilib. Sezar pizza

Məhsul partiyasından götürülən nümunələrin laborator müayinəsi zamanı yodun miqdarının normadan aşağı olduğu müəyyən edilib.

Bununla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və ümumi çəkisi 22,6 kiloqram olan istehlaka yararsız məhsul məhv edilib.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью