Satışa çıxarılan şir balası..

07.02.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Moskvada pulsuz elanlar platformasında 260 min rubla satışa çıxarılan üç aylıq aslan xilas edilib. 

News24.az bildirir ki, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Xilas edilən aslan Moskvanın Təbiətdən İstifadə və Ətraf Mühitin Mühafizəsi Departamentinin vəhşi heyvanlar üçün reabilitasiya mərkəzinə təhvil verilib. 

Hazırda isə nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyanın əhatə etdiyi növlər siyahısına daxil edilən bu heyvanın hansı şəraitdə əldə edildiyi və daşındığı müəyyən edilib.

Selcan Aslan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью