Satqın ukraynalı zabit Sevastopolda öldürüldü

13.08.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Sevastopolda partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, yaşayış binasının yaxınlığına yerləşdirilmiş bombanın partlaması nəticəsində bir nəfər ölüb.

Rusiya Teleqram kanalları ölən şəxsin Rusiya Qara dəniz donanmasının “Zaporojye” sualtı qayığının komandiri Robert Şaqeyev olduğunu yazıb.

Bildirilib ki, Şaqeyev əvvəllər Ukrayna Hərbi Dəniz Donanmasının zabiti olub. 2014-cü ildə Krım işğal ediləndən sonra Rusiya tərəfinə keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью