“SATSAS2024” təlimi davam edir

27.11.2024

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən “SAT-SAS-2024” birgə təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, plana əsasən, təlimin növbəti günündə dəniz xüsusi təyinatlı bölmələri quru ərazidə şərti düşmən arxasına helikopterdən enmə zamanı dairəvi mühafizə və müdafiənin təşkili üzrə tapşırıqları praktiki yerinə yetiriblər.

“Təlim zamanı hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdiriblər”, - deyə məlumatda bildirilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью