Saturnun halqaları tamamilə yox olacaq

29.03.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Saturn bu həftə sonu adi görüntüsündən çox fərqli görünəcək. 

News24.az bildirir ki, Saturnun halqalarının çılpaq gözlə və ya az enerjili teleskoplarla çətin göründüyü bildirilir. Mütəxəssislər bu vəziyyətin planetlərin mövqelərinin yaratdığı optik illüziya olduğunu bildiriblər.

Elm adamları Saturnun orbitində 26,73 dərəcə meylli olduğu halda, Yerin meylinin 23,5 dərəcə olduğunu və iki planetin Günəş ətrafında hərəkətləri zamanı müəyyən düzülüşə gəldikdə, Saturnun halqalarının da demək olar ki, tamamilə üfüqi vəziyyətə düşərək Yerə baxdığını söyləyiblər. 

Bildirilib ki, bu nadir səma hadisəsi ən çox martın son həftəsində görünəcək və halqalar apreldə demək olar ki, tamamilə yoxa çıxmış kimi görünəcək.

Zəhraxanım Şeydayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью