Saudi Aramco : Neft ehtiyatlarının doldurulması iki il çəkə bilər

05.10.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qlobal neft ehtiyatlarının yenidən doldurulması iki il çəkə bilər.

“Al Jazeera”nın xəbərinə görə, bunu “Saudi Aramco” şirkətinin CEO-su Amin Nasser deyib.

Onun sözlərinə görə, Hörmüz boğazı tam açılmayana və etimad bərpa edilməyənə qədər neft üzərində təzyiq intensivləşəcək.

“Hətta tələbatı ödəməklə birlikdə rezervləri yenidən doldurmaq üçün iki il vaxt lazım ola bilər”, - o bildirib.

Qeyd edək ki, Fars körfəzində ABŞ-İran münaqişəsi, ardınca Hörmüz boğazının bağlanması qlobal neft bazarında problemlərə gətirib çıxarıb. Bir sıra ölkələr strateji neft ehtiyatlarını istifadəyə buraxmağa məcbur olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью