Saudia Airlines sentyabrdan Moskvaya uçuşları bərpa etməyi planlaşdırır

12.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanının "Saudia Airlines" aviaşirkəti 2026-cı ilin sentyabrında Ər-Riyaddan Moskvaya reysləri yenidən bərpa etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin məlumatıda bildirilib.

Aviaşirkət Yaxın Şərqdə gərginləşən münaqişə səbəbindən fevral ayından etibarən bu istiqamətdə uçuşları dayandırmışdı.

Bununla yanaşı, qeyd edilib ki, cari yay mövsümündə "Azimuth Airlines" tərəfindən Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirilir. Hazırda bu aviaşirkət Mahaçqaladan Ciddəyə həftədə iki dəfə, Soçidən isə Təbuka bir dəfə olmaqla reyslər yerinə yetirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью