Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Atletiko"dan ayrılan Saul Niqesin yeni klubu rəsmiləşib.
QOL.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü "Flamenqo"ya keçib.
Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Saul Niqes 17 il "Atletiko"da çıxış edib. O, bu klubda 427 oyuna çıxıb, 48 qol vurub, 26 qol ötürməsi edib. Futbolçu ötən mövsüm icarə əsasında "Sevilya"da oynayıb.