Şaurmadan 300 nəfər zəhərləndi Kafe bağlandı

03.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Türkiyənin qərbində, Kocaeli vilayətində toyuq şaurması yeyən yüzlərlə insan həkimə müraciət edib.

Bakupost.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Jurnalistlər bildirib, hadisə Kerfez ərazisindəki iaşə obyektində baş verib. Bu kafenin müştəriləri kütləvi şəkildə mədə ağrısı və ürək bulanmasından şikayət etməyə başlayıblar:

"Zəhərlənmə əlamətləri ilə xəstəxanalara 300-dən çox insan daxil olub. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır".

Polis əməkdaşları kütləvi zəhərlənməyə səbəb olduğu ehtimal edilən iaşə obyektini bağlayıblar. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Kafedən qida nümunələri götürülərək ekspertizaya göndərilib.

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью