Sauthempton Çempionşipə enişini rəsmiləşdirdi

06.04.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün "Tottenhem" öz meydanında "Sauthempton"u qəbul edib. Görüş London təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekublaşıb. 

Bununla da "Sauthempton"un İngiltərə Premyer Liqasından aşağı liqaya enişi rəsmiləşib. Beləliklə, Hempşir komandası növbəti mövsüm Çempionşipdə çıxış edəcək. 

Qeyd edək ki, "Tottenhem" turnir cədvəlində 37 xalla 14-cü, "Sauthempton" isə 10 xalla sonuncu – 20-ci yerdədir.

6 aprel

"Tottenhem" – "Sauthempton" - 3:1 
Qollar:
Conson, 13, 42; Tel, 90+6-pen. – Fernandeş, 90

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью