Sautqeyt mükafata layiq görüldü

07.01.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Böyük Britaniya hökuməti İngiltərə yığmasının sabiq baş məşqçisi Qaret Sautqeyti mükafatlandırıb. Bu haqda hökumətin mətbuat xidməti məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, Sautqeytin adı Kral Çarlzın Yeni İldə mükafatlandırdığı adamların siyahısına daxil edilib.
Siyahıya siyasi, idman, yaradıcılıq və ya ictimai fəaliyyətə töhfə vermiş 1200-dən çox şəxs daxildi. Kral 54 yaşlı mütəxəssisi “Cəngavər” rütbəsi ilə təltif edib.
Xatırladaq ki, Sautqeyt 2016-cı ildən bu ilin yayınadək İngiltərə yığmasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında AÇ-2020 və AÇ-2024-ün gümüş mükafatçısı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью